Ölümündən sonra mirası üstündə dava düşən xalq artistinin doğum günüdür
Bu gün Azərbaycanın xalq artisti, mərhum sənətçi İlhamə Quliyevanın doğum günüdür.
BAKU.WS xəbər verir ki, Quliyeva İlhamə Məzahir qızı 1943-cü ilin bu günü Lənkəranda doğulub.
Xalq artisti mərhum sənətkar Tükəzban İsmayılovanın qızıdır.1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1998-ci ildə mərhum prezident Heydər Əliyev İlhamə Quliyevaya xalq artisti adını verib. Müğənni həm də Dağıstanın (2008-ci ildə) xalq artisti olub.
O, Azərbaycanın "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İ.Quliyeva bu il fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib.
Xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olmuşdu.
Sənətçinin vəfatından sonra isə onun mirası ətrafında hələ də varis qalmaqalı davam etməkdədir.
Aysel
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyevanın mirası onlara qaldı: Pul əlindən çıxdı
Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub. BAKU.WS-in məlumatına görə, Lent.az-a açıqlama verən İ. Quliyevanın dayısı...