İlhamə Quliyevanın evini yardılar

İlhamə Quliyevanın evini yardılar
Hadisə 2453

Mərhum xalq artisti İlhamə Quliyevanın evindən oğurluq olub.

BAKU.WS bildirir ki, bunu lent.az-a açıqlamasında xalq artistinin bacısı Gülbahar Quliyeva deyib. O bildirib ki, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət olunub: "İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülkü bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır".

İ.Quliyevanın bacısı "bu oğurluğa görə kimdən şübhələnirsiniz?" sualına isə bu cür cavab verib: "Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq, müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən etsinlər". 

BAKU.WS

Son xəbərlər