Vəkil: "İlhamə Quliyevaya zəhərli mürəbbə veriblər" (ŞOK İDDİA)

Vəkil: İlhamə Quliyevaya zəhərli mürəbbə veriblər (ŞOK İDDİA)
Şou-biznes 3831

Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəkili onun keçmiş köməkçisi Mehriban Hüseynova haqda açılmış cinayət işini axıra qədər davam etdirəcəklərini açıqlayıb. BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, vida mərasimində iştirak edən vəkil jurnalistlərə açıqlamasında bildirib ki, İ.Quliyeva vəfat etsə də, o, bu prosesi axıra qədər davam etdirəcək: "İnanıram ki, qələbə qazanacağıq və İlhamə xanımın da ruhu şad olacaq”.

 Vəkil bildirib ki, İ.Quliyevanın keçmiş köməkçisi ona mürəbbə veribmiş: "İlhamə xanım o mürəbbəni mənə vermisdi. Deyirdi ki, Mehriban o mürəbbəni zəhərləyib. Vaxt eləyib o mürəbbəni ekpertizaya verə bilməmişdim. Ancaq artıq vaxtım var və bu işlə məşğul olacam”. 

BAKU.WS

Son xəbərlər