İlhamə Quliyevanın köməkçisi həbsdə qaldı
Bu gün Səbail Rayon Məhkəməsində İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın məhkəmə prosesi keçirilib.
BAKU.WS məlumat verir ki, M.Hüseynovanın vəkili Vasif Mirzəyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkili barədə bundan öncə seçilən həbs qətimkan tədbirinin vaxtının uzadılması üçün prokurorluq tərəfindən vəsatət verilib.
Bu gün M.Hüseynova barəsində Səbail Rayon Məhkəməsinin bundan öncə seçdiyi seçdiyi həbs qətimkan tədbirinin müddəti bitib.
Məhkəmə prosesi hakim Aytən Əliyevanın sədrliyi ilə qapalı iclasda keçirilib.
Vəkil Vasif Mirzəyev həbsə etiraz edib və M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə vəsatət verib. Məhkəmənin qərarı ilə müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməyib. Mehriban Hüseynova barəsində olan həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, İlhamə Quliyevanın şikayəti əsasında saxlanılan Mehriban Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
BAKU.WS
Oxşar xəbərlər
İlhamənin oğluna cinayət işi açıldı
Son günlər böyük qalmaqallarla gündəmi zəbt edən Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb. BAKU.WS-in AzNews.az-a istinadla verdi...