Rüfət Səfərov azadlığa buraxıldı

Rüfət Səfərov azadlığa buraxıldı
Hadisə 1655

Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. R. Səfərov məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur. BAKU.WS

Oxşar xəbərlər

Eldar Sabiroğlunun oğlu barəsində rüşvət alma maddəsi ilə cinayət işi başlandı

Eldar Sabiroğlunun oğlu barəsində rüşvət alma maddəsi ilə cinayət işi başlandı

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb. BAKU.WS-in APA-...

1215 Hadisə 11:08 15 yanvar 2016

Son xəbərlər