Azərbaycanda keçmiş icra başçısı həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BAKU.WS-in Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib. R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirlənidirilir. Hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdirilib. Keçmiş icra başçısı barəsində olan ev dustaqlığı dəyişdirilərək haqqında həbs-qətimkan tədbiri seçilib. R.Alışov məhkəmə zalında həbs edilib. Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək. Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. BAKU.WS
Oxşar xəbərlər
Leyla Yunus azad edildi
Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən...