Keçmiş icra başçısının qızı həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Salyanın keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayevaya hökm oxunub. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Nigar Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. N.Abdullayeva 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. O, turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda oğlan qıza görə dostunu öldürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə söhbətə getdiyi dostunu öldürən Ədalət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in "Qaf...