Bakıda oğlan qıza görə dostunu öldürdü

Bakıda oğlan qıza görə dostunu öldürdü
Hadisə 2466

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə söhbətə getdiyi dostunu öldürən Ədalət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam ölürmə) maddəsi ilə təqsirləndirilən Ə.Əhmədov öz dostunu ölürüb. 2014-cü ilin noyabrın 14-də Sabunçu rayonunda baş verən hadisəyə səbəb qız üstündə iki nəfərin mübahisə etməsi olub. Kamil Bədəlovla Xalıq Qurbanovun arasında qız üstündə mübahisə yaranıb. Kamil Bədəlov və Xalıq Qurbanovun ortaq tanıdıqları bir qız olub. Dəfələrlə məhkum olunmuş və Cinayət Məcəlləsinin 6 maddəsi ilə axtarışda olan Kamil Bədəlov qızdan əl çəkməsi üçün Xalıq Qurbanovdan pul tələb edib. Kamil Bədəlov məsələni aydınlaşdırmaq üçün Xalıq Qurbanovla görüşmək istəyib. O, görüş yerinə dostu Ədalət Əhmədovla gəlib. Kamil Bədəlov Xalıq Qurbanovla olan mübahisəsinin əsl mahiyyətini Ədalət Əhmədovdan gizlədib. Kamil Bədəlov tanışını aldadıb ki, meyxana ifaçısı olan Xalıq Qurbanovla "söz” mübahisəsi olub və bunu aydınlaşdırmaq istəyib. Ədalət Əhmədov da Kamil Bədəlovla birlikdə Xalıq Qurbanovla görüşüblər. Görüş zamanı Ədalət Əhmədov mübahisənin əsl mahiyyətini bilib və buna görə də Kamil Bədəlovla mübahisə edib ki, belə söhbətə onu niyə gətirib. Həmin vaxt Xalıq Qurbanov oradan gedib. Bundan sonra Kamil Bədəlovla Ədalət Əhmədov mübahisə edib və mübahisə qətllə nəticələnib. Məhkəmə zamanı Ədalət Əhmədov bildirib ki, Kamili vurduğu bıçağı görüşdən öncə Kamil özü ona verib ki, dava olsa Xaliqi vursun. Məhkəmənin hökmü ilə Ədalət Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Ziya Səccad BAKU.WS

Son xəbərlər