Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı

Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı
Hadisə 3830

Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib .

BAKU.WS report-a istinadən xəbər verir ki, həbs qətimkan tədbirinin müddəti 3 aydır.

Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli olmasa da, onlardan üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

BAKU.WS

Oxşar xəbərlər

MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi

MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi

Milli Təhlükəsizlik Nazirliyinin zabitləri həbs ediliblər. BAKU.WS-in criminal.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Səbail rayon Məhkəməsində n...

3250 Hadisə 21:27 19 oktyabr 2015

Son xəbərlər