MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi

MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi
Hadisə 3250

Milli Təhlükəsizlik Nazirliyinin zabitləri həbs ediliblər.

BAKU.WS-in criminal.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Səbail rayon Məhkəməsində nazirliyin saxlanılan bir neçə əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar arasında yüksək rütbəli zabitlər də var.

MTN əməkdaşları bir neçə maşında məhkəməyə gətiriliblər. Onların barəsində hissə-hissə həbs qərarı verilir. Əməkdaşların sayı 10-dan artıqdır.

Həbs olunan zabitlər Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilirlər.

Nazirlik əməkdaşları ilə bağlı Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində istintaq qrupunun rəhbəri həmin idarənin rəis müavini Əli Nağıyevdir.

Qeyd edək ki, oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra nazirliyin bir neçə əməkdaşı saxlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovla MTN generallarının sensasion cinayətləri

Eldar Mahmudovla MTN generallarının sensasion cinayətləri

İki gün əvvəl prezident İlham Əliyevin qəfil sərəncamı ilə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudovla bağlı məsələ nəinki Azərbaycan m...

6334 Hadisə 13:03 19 oktyabr 2015

Son xəbərlər