Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı"

Binəli Yıldırım: Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı
Video
Siyasət 27

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı".

BAKU,WS xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinin əlini tutaraq havaya qaldırması hər kəsə - dosta və düşmənə mesaj oldu.

"Yaşasın, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı. Yaşasın, Azərbaycan-Türkiyə birliyi", - deyə Binəli Yıldırım vurğulayıb.

Son xəbərlər