Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Quba rayonunda, dəniz səviyyəsindən 2783 metr yüksəklikdə yerləşən Xarıbülbül zirvəsinə yürüş təşkil olunub.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yürüşün məqsədi tarixi Zəfərin rəmzi olan milli birlik və vətənpərvərlik dəyərlərini təşviq etməklə yanaşı, təbiətlə təmasın gücləndirilməsi və dağ turizminə marağın artırılması olub.
Yürüş iştirakçıları zirvəyə qalxaraq Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.
Qalereya
Oxşar xəbərlər
Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə xarici ölkələrdə - Latviya, Amerika Birləşmiş Ş...