Cavid Hüseynovu evə buraxmadılar

Cavid Hüseynovu evə buraxmadılar
Hadisə 1484

Bu gün Səbail rayon Məhkəməsində həbsdə olan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

BAKU.WS-in məlumatına görə, hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilən məhkəmədə C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb. Bundan sonra "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatənin təmin olunmaması barədə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Rəsmi məlumata görə, müəyyən edilib Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu, Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev,  Kənan Mədətov və  Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Rəşad Sadıqov: “Cavid belə şey etməz” (VİDEO)

Rəşad Sadıqov: “Cavid belə şey etməz” (VİDEO)

"Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov yığma komanda yoldaşı Cavid Hüseynovun jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində əlinin olub-olmamasına...

1414 İdman 21:41 17 avqust 2015

Son xəbərlər