Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin ilkin ifadəsinə görə, onun məqsədi heç kimi öldürmək olmayıb. O, duman səbəbindən yolunu azdığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan məlumat verib. Onun sözlərinə görə, Musayev artıq dindirilib və ifadə verib. Lakin istintaq davam etdiyi üçün əlavə təfərrüatlar açıqlanmayıb.
Poqosyanın iddiasına görə, hərbçi yolunu azaraq bir evə daxil olub, ac olduğu üçün yemək hazırlayıb və paltarını dəyişib. Evə uşaqlar daxil olduqda onların telefonlarını götürüb və oturmağa məcbur edib, lakin xəsarət yetirməyib.
Qeyd edək ki, Nəsimi Musayev sentyabrın 26-da Laçın istiqamətində yerləşən hərbi hissədə xidmət yerində olmadığından itkin düşmüş hesab edilib. Azərbaycan tərəfinin araşdırması nəticəsində onun hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib. Ermənistan məhkəməsinin qərarı ilə hərbçi həbs olunub.
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyil...