"Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı

Arka Sokakların aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı
Foto
Şou-biznes 40

"Həyatımda ən çox borc aldığım insan Müjdat Gezendir! Borcumun hamısını ödədim, ondan aldığım borcun sayı-hesabı yox idi".

BAKU.WS xəbər verir ki, bu sözləri Özlem Gürsesin təqdim etdiyi "Bana Baştan Anlat" proqramına qonaq olan aktyor Şevket Çoruh deyib.

O 2017-ci ildə çəkdiyi "Baba Sahne" filminin səhnəsinin yaradılması prosesində yaşadığı böyük maddi çətinliklərdən danışıb.

Bankdakı kreditləri ödəyə bilmədikləri dövrdə həmkarı Gezenin ona daim maddi qaynaq yaratdığını qeyd edib:

"Baba Sahne" filminin səhnəsinin yaradılması prosesində davamlı ona zəng etdim. "Nə qədər lazımdır?" deyə soruşardı. Həyatımda başıma gələn ən yaxşı 10 hadisədən biri Müjdat Gezeni tanımaq olub".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər