Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırovla bağlı qərar açıqlandı (FOTO)

Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırovla bağlı qərar açıqlandı (FOTO)
Hadisə 3947

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

BAKU.WS-in report saytına istinadən verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

Güclü təhlükəsizlik tədbirlərinin görüldüyü prosesdə T.Bağırov özü də iştirak edib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS

Oxşar xəbərlər

Akif Çovdarova qarşı yeni ittiham

Akif Çovdarova qarşı yeni ittiham

Akif Çovdarova qarşı yeni ittiham irəli sürülüb. O, qanunsuz azadlıqdan məhrum etmədə günahlandırılır. BAKU.WS "Report”a istinadla xəbər verir ki, Azərbaycan M...

1682 Hadisə 17:58 17 noyabr 2015

Son xəbərlər