İlhamə Quliyevanın Flora adlı qızı peyda oldu

İlhamə Quliyevanın Flora adlı qızı peyda oldu
Şou-biznes 4569

 

Xalq artisti İlhamə Quliyevanın qız övladı olması ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, İlhamə Quliyevanın Flora adlı qız övladı var. 

BAKU.WS məlumat verir ki,  bu barədə Femida.az-a həmin qızla bir sinifdə oxuyan və hazırda Rusiya Federasiyasında yaşayan Gülzar Vəliyeva məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın qızı Flora onlarla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbdə oxuyub.

"Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B” sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma, bu haqda danışmaq istəmirdi. Çünki, anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdısa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə Yasamal rayonu ərazisində, qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980- ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin "B” sinfini bitimişik.”

BAKU.WS

Son xəbərlər