İlhamə Quliyevanın ölüm səbəbi bilindi
25
fev
2016
17:29
Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.
BAKU.WS məlumat verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Report-a məlumat verilib. Ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. Meyitdən götürülən qan nümunələri ilə bağlı aparılan yoxlamaların nəticələri isə 15 gün sonra məlum olacaq.
İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.
Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
BAKU.WS
Oxşar xəbərlər
"Azercell"dən yeni xidmət: "İlhamə Quliyeva ölməyib..." (FOTO)
"Azercell" şirkəti yeni xidmətini işə salıb. BAKU.WS-in məlumatına görə, şirkət xalq artisti, estradamızın "primadonnası” İlhamə Quliyevanın vəfatından sonra...