Fuad Poladov teatrdan getməyib

Fuad Poladov teatrdan getməyib
Şou-biznes 2304

Akademik Milli Dram Teatrı xalq artisti Fuad Poladovun teatrdan istefa verməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Teatrın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, F. Poladov hazırda teatrda fəaliyyətini davam etdirir:

"Oktyabrın 26-da xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrındakı işindən istefa verməsi haqqında məlumatlar ölkə mediasında müxtəlif müzakirələrə səbəb olub. Yayılan xəbərlərə cavab olaraq bildiririk ki, medianın yazdığı kimi Fuad Poladov işdən çıxmaq haqqında ərizə təqdim etməyib, belə bir ərizə xalq artisti tərəfindən yazılmayıb.

Fuad Poladov teatrda hazırda fəaliyyətini davam etdirir. Oktyabrın 28-də Fuad Poladov "Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında çıxış edəcək. Bir daha xatırladırıq ki, hazırkı şəraitdə xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı davam edir”.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Məleykə Əsədova gecəyə bu geyimlə damğa vurdu (FOTO)

Məleykə Əsədova gecəyə bu geyimlə damğa vurdu (FOTO)

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova qızı Gülərlə birgə Elza Seyidcahanın konsertinə gedib. BAKU.WS xəbər verir ki, aktrisa ge...

3323 Şou-biznes 11:38 07 oktyabr 2016

Son xəbərlər