Zəhərləndiyi deyilən Nazpəri Dostəliyeva: “Yuxusuzluqdan əziyyət çəkirəm”

Zəhərləndiyi deyilən Nazpəri Dostəliyeva: “Yuxusuzluqdan əziyyət çəkirəm”
Şou-biznes 2283

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Xalq artisti BAKU.WS-ə açıqlamasında bildirib ki, əslində zəhərlənməyib. Onun sözlərinə görə, yuxu dərmanını dozasından artıq içdiyi üçün yuxudan oyanmayıbmış və buna görə də evdə narahatçılıq yaranıb. "Son vaxtlar yuxusuzluq problemindən əziyyət çəkirəm. Yaxşı yatım deyə dərman içmişdim. Dərman atmışam və yuxudan ayılmamışam. Buna görə də evdəkilər narahat olublar və həkim çağırıblar. Hazırda vəziyyətim yaxşıdır. Pərəstişkarlarıma bildirirəm ki, narahat olmasınlar”, - deyə nazpəri Dostəliyeva bildirib. Qeyd edək ki, Nazpəri Dostəliyevanın oktyabrın 10-da vəziyyəti pisləşib. Onu xəstəxanaya yerləşdiriblər və oktyabrın 11-də evə buraxıblar. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Nazpəri Dostəliyeva xəstəxanalıq oldu

Nazpəri Dostəliyeva xəstəxanalıq oldu

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib. BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin To...

2403 Hadisə 16:21 12 oktyabr 2015

Son xəbərlər