Məşhur erməni aktyor azərbaycanlı nazirin qızı ilə dostluğundan danışdı
SSRİ xalq artisti Armen Ciqarxanyan azərbaycanlı nazirin qızı ilə dostluğundan danışıb.
BAKU.WS-in məlumatına görə, aktyor bildirib ki, erməni olmasına baxmayaraq azərbaycanlılarla çox yaxşı dostluq münasibətləri var: ""Mədəniyyət" kanalınının aparıcısı Nara Şirəlieva mənim dostumdur. Bizim onunla uzun müddətdən bəri davam edən dostluğumuz var", - deyə erməni aktyor bildirib.
Onun sözlərinə görə, müsəlmanlarla və xristianlar arasında çox müxtəliflik var: "Zehni, məişət və digər sahələrdə müsəlmanlarla xeyli fərqlənirik. Amma mən hər gün məscidin yanından keçirəm və orada çox inanan insan görürəm. Mən onlara hörmət edirəm".
Qeyd edək ki, Nara Şiraliyeva Səhiyyə Naziri Oqtay Şirəliyevin qızıdır.
SSRİ xalq artisti A.Ciqarxanyan bir sıra məşhur sovet filmlərində yaratdığı obrazlarla tanınıb. Onun "Tehran-43” filmində oynadığı terrorçu obrazı yaddaqalan kino roludur. SSRİ xalq artisti hazırda Moskvada yaşayır. O, Qarabağ münaqişəsinin ilk vaxtlarında erməni separatçılarını pisləyəməsi ilə ermənilər tərəfindən qınanıb. Ciqarxanyan sonralar da verdiyi müsahibələrində daima azərbaycanlı-erməni münasibətlərinin pozulmasına görə erməni millətçi dairələrini ittiham edib.
BAKU.WS
Oxşar xəbərlər
Stalinin Azərbaycanla bağlı bilinməyən sirləri
Stalin haqqında Azərbaycanla bağlı maraqlı faktlar ortaya çıxıb. BAKU.WS həmin məlumatı sizə təqdim edir. Oktyabr inqilabından əvvəl İosif Vissariyonoviç Stal...