Məşhur türk düşməni, erməni başkəsən öldü (FOTO)

Məşhur türk düşməni, erməni başkəsən öldü (FOTO)
Hadisə 4074

Məşhur türk düşməni, erməni başkəsən Levon Melik-Şahnazaryan ölüb. 

BAKU.WS-in məlumatına görə, "Voskanapat” analitik mərkəzinin təsisçisi və rəhbəri uzun sürən xəstəlikdən sonra keçinib. 

Qeyd edək ki, Melik-Şahnazaryan 1958-ci ildə Gəncədə anadan olmuşdu. O, Gəncədə erməni təxribatçılığının ilhamverici qüvvələrindən biri olub. 1988-ci ildə Qarabağa gələn Şahnazaryan burada dinc əhaliyə tutulan divanda yaxından iştirak edib. Levon-Şahnazaryan xüsusilə azərbaycanlı əsgərlərin xaincəsinə pusquya salındığı Daşaltı əməliyyatının fəallarından olub. 

1991-ci ildə qondarma Dağlıq Qarabağ rejiminin oyuncaq parlamentinə "seçilib”. 1992-95-ci illlərdə oyuncaq parlamentin xarici əlaqələr komissiyasına rəhbərlik edən Levon Melik-Şahnazaryan Azərbaycan əleyhinə böyük fəaliyyəti ilə tanınıb. 1997-ci ildə İrəvana keçən Levon universitetlərin birində politologiya dərsi deyərək analitik fəaliyyət göstərib. 

Azad Əliyev  

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər