Nazpəri Dostəliyeva xəstəxanalıq oldu
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Belə ki, xalq artisti yuxu pozğunluğuna qarşı dərman atıb. Lakin dərman əks effekt göstərib. Bu səbəbdən də o, təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdə ona zəhərlənmə diaqnozu qoyulub.
1 saylı Kliniki Tibbi Mərkəzdən "Report”a fakt təsdiqlənib: "Hadisə oktyabrın 10-da baş verib. Nazpəri Dostəliyeva həmin gün xəstəxanaya gəlib. Həkim məsləhəti ilə bir gün xəstəxanada yatıb, səhəri gün, yəni oktyabrın 11-də evə buraxılıb”.
BAKU.WS
Oxşar xəbərlər
Nuriyyə Əhmədova vəfat etdi
Azərbaycanın Xalq artisti Nuriyyə Əhmədova bu gün səhər saatlarında dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, xalq artisti səhər saatlarında 1 saylı Klini...