Habil Əliyev barədə qərar veriləcək

Habil Əliyev barədə qərar veriləcək
Hadisə 2571

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Xalq artisti Habil Əliyev üçün Türkiyədən gələn mütəxəssis səhər saatlarından sənətkarı müayinəyə başlayıb. Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyevanın BAKU.WS-ə verdiyi məlumata görə, kaman ustasının vəziyyətilə bağlı mütəxəssislər bir yerə toplaşıblar. Hazırda Xalq artistinin səhhətindəki problemlərlə əlaqədar konsilium keçirilir. Müzakirələrdən sonra yekun nəticəyə gəlinəcək.  Sənətkarın son durumunu isə bu gün saat 12:00-da xəstəxanada keçiriləcək mətbuat toplantısında açıqlayacaqlar. Həmin toplantıya bütün jurnalistlər dəvət olunub. Xatırladaq ki, ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin səhhəti ötən gün qəfil pisləşib. Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə,Fransa , Hindistan, Pakistan,İran , Misir, İsveçrə, Niderland, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olmuşdur. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Habil Əliyev üçün Türkiyədən xüsusi həkim gəlir

Habil Əliyev üçün Türkiyədən xüsusi həkim gəlir

Ötən gün vəziyyəti pisləşən Azərbaycanın Xalq artisti, kaman ustası Habil Əliyevi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriblər. Klinikadan BAKU.WS-ə verilən məlum...

1591 Hadisə 12:36 17 avqust 2015

Son xəbərlər