Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alanların sayı 11 nəfər olub
Bakı-Sumqayıt yolundakı qəzada yaralıların sayı 11 nəfər olub. BAKU.WS-in məlumatına görə, yaralılardan 10-u Sumqayıt şəhər Təcili və Tibbi Yardım Xəstəxanasına, biri isə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan yaralı 56 yaşlı Elza Huseynovadır. Sumqayıt xəstəxanasına yerləşdirilən yaralılardan biri Ofeliya Məmmədova dünyasını dəyişib. Yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlardan bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.
Qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundakı qəzada yaralanan və ölənlərin kimliyi bilindi (SİYAHI)
Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında yaralananlardan bir nəfər qadın dünyasını dəyişib. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş hək...