Bakı-Sumqayıt yolundakı qəzada yaralanan və ölənlərin kimliyi bilindi (SİYAHI)

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan və ölənlərin kimliyi bilindi (SİYAHI)
Hadisə 3740

  Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında yaralananlardan bir nəfər qadın dünyasını dəyişib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkim direktoru Vaqif Qəhrəmanovun BAKU.WS-ə verdiyi məlumata görə, qadın reanimasiyada dünyasını dəyişib. "Hazırda yaralıların 9-u xəstəxanadadır. Onlardan 4-5-nin vəziyyəti olduqca ağırdır. Bir neçə xəstə əməliyyat olunur”, - deyə Vaqif Qəhrəmanov bildirib. Baş həkimin verdiyi məlumata görə, yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlarda bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur. Report saytının verdiyi məlumata görə, qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib. Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında "Ford” markalı mikrovatobus  yüksək sürətlər gedərkən qarşıdakı maneəyə çırpılıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzadan yeni görüntülər (FOTO, VİDEO +18)

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzadan yeni görüntülər (FOTO, VİDEO +18)

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, videoda qəzadan sonra ətrafa yı...

4536 Hadisə 11:29 17 sentyabr 2015

Son xəbərlər