“İcra başçısı qayda pozubsa, cərimələməyək?”

“İcra başçısı qayda pozubsa, cərimələməyək?”
Hadisə 1794

  Mətbuatda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbərlər yayılıb. BAKU.WS-in modern.az saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov icra başçısının avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirərkən deyib ki, kimliyindən asılı olmayaraq, yol hərəkət qaydalarını pozan şəxs barəsində mütləq tədbir görülür: "İstər icra başçısı olsun, istərsə də başqa sahənin əməkdaşı, mütləq cərimələnir”. Polis rəisi məsələ ilə maraqlanan jurnalistlərə qəzəbini də gizlətməyib: "Dediyiniz adam hərəkət iştirakçısı, sürücü deyil?! İcra başçısı kimdir, toxunulmazdır?! Deyirsiniz, qayda pozubsa, cərimələməyək?! Bundan başqa, mən hər cərimə meydançasına aparılan avtomobilin sahibinin kimliyi ilə maraqlansam, onda gərək işləməyəm. Hansı qanuna əsasən cərimə olunan şəxsin kimliyi barədə məlumat verilməlidir?!”. Vaqif Əsədov jurnalistləri sensasiya axtarmaqda ittiham edib: "Dünən bütün günümü teleaparıcı Nanə Ağamalıyevanın ölüb-qalmasını öyrənməyə sərf etmişəm. Nanə ölüb, ya ölməyib, sizə nə?! Jurnalistlər niyə bununla maraqlanır? İndi jurnalistlərin hamısı sensasiya marağındadır”. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha bir bayker yol polisi mübahisəsi (VİDEO)

Bakıda daha bir bayker yol polisi mübahisəsi (VİDEO)

Bakıda daha bir baykerlə yol polisi arasında insident yaşanıb. BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb. Yayılan videoda görünür...

4720 Hadisə 15:06 10 sentyabr 2015

Son xəbərlər