Dövlət başçısı 4 icra başçısını dəyişdi

Dövlət başçısı 4 icra başçısını dəyişdi
Hadisə 5313

  Azərbaycan prezidenti İlham Əliyev icra başçılarının yerdəyişməsi ilə bağlı sərəncamlar imzalayıb.

BAKU.WS-in məlumatına görə, Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.  Dövlət başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Sumqayıtın əvvəlki icra başçısı Eldar Əziz oğlu Əzizov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Prezident Sumqayıtın icra hakimini işdən çıxardı

Prezident Sumqayıtın icra hakimini işdən çıxardı

Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb....

5297 Siyasət 18:13 02 sentyabr 2015

Son xəbərlər