Qubada dəhşət: 3 ölü (VİDEO +18)

Qubada dəhşət: 3 ölü (VİDEO +18)
Video
Hadisə 3120

Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Qubanın Barlı kəndi ərazisində ağır yol qəzası baş verib. BAKU.WS-in Reporta istinadən verdiyi məlumata görə, hadisə zamanı "Hyundai" markalı "90 VR 410" dövlət qeydiyyat nişanlı avtomobil çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər dünyasını dəyişib.

Hadisə yerinə Quba rayon prokuroru Valeh Səmədov və Quba rayon Polis İdarəsinin rəisi Telman Ağasiyev, həmçinin bələdiyyə sədri Vüqar Şirinov, İcra Hakimiyyəti nümayənədəsi Fazil Sevdiyev də gəlib.

Polisin məlumatına görə, avtomobil Bakı şəhər Nəsimi rayon sakini Qəribova Hicran Samir qızına məxsusdur. Hadisə baş verən zaman maşını Sumqayıt şəhər sakini Qəribov Seymur Samir oğlu idarə edib. Ölənlərdən birinin meyiti Xaçmaz, digər ikisinin meyiti isə Quba rayon mərkəzi xəstəxanalarına aparılıb.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda cinayətkar dəstə ifşa olundu

Bakıda cinayətkar dəstə ifşa olundu

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsinin 39-...

1532 Hadisə 21:00 04 sentyabr 2015

Son xəbərlər