Azərbaycanda avtobus qəzaya uğradı: yaralılar var

Azərbaycanda avtobus qəzaya uğradı: yaralılar var
Hadisə 2510
Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələn avtomobil qəzası baş verib.

BAKU.WS-in hadisə bu gün Bakı-Qazax yolunun 263-cü kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisində qeydə alınıb. 37 yaşlı İbrahim Eminovun idarə etdiyi "QAZ-53” markalı minik avtomobili qarşı tərəfdən gələn Bakı sakini 39 yaşlı Rafiq Cavadovun idarə etdiyi "KİA” markalı minik avtomobili ilə toqquşub. Daha sonra "KİA” markalı minik avtomobili qarşı tərəfdən gələn Gəncə sakini 51 yaşlı Elman Ələsgərovun idarə etdiyi "Mersedes” markalı sərnişin avtobusu ilə toqquşublar. Hadisə zamanı sərnişin avtobusunun iki nəfər, "KİA” markalı avtomobildə isə bir nəfər xəsarət alıb. Hadisə zamanı Elman Ələsgərov, Elvin Əsədov və Azad Quliyev ağır xəsarət alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda "Mustanq"la "Mercedes" toqquşdu

Bakıda "Mustanq"la "Mercedes" toqquşdu

Bakının mərkəzində 2 nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ist...

1976 Hadisə 14:50 21 avqust 2015

Son xəbərlər