Bakıda cinayətkar dəstə ifşa olundu

Bakıda cinayətkar dəstə ifşa olundu
Hadisə 1538

  Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də Neftçilər prospektində ayrı-ayrı saatlarda Bakı şəhər sakini Fərid Sadıyevi və Lerik rayon sakini Adil Zaidovu hədələyərək mobil telefonları soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri – 1993-cü il təvəllüdlü Ricay Müşfiq oğlu Hidayətov, Hacıağa Sahib oğlu Həsənov, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Əli Mikayıl oğlu Hacıyev və Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Abdulşah oğlu Məmmədov tutulublar. Şübhəli şəxslər ətrafında aparılan ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 30-da günorta saatlarında Neftçilər prospektində Bakı şəhər sakini Səttar Mehdiyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə talayıblar.   Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər