Bakıda qəza: 2 nəfər küçədə can verdi (VİDEO+18)

Bakıda qəza: 2 nəfər küçədə can verdi (VİDEO+18)
Video
Hadisə 1578

Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in azadxeber.az-a istinadən verdiyi məlumata görə, dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalardan biri qadın, digəri isə kişi olub. Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Semaşko xəstəxanasından verilən son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər. Qeyd edək ki, hadisə yerində çəkiliş aparan saytın müxbiri mülki formada olan və özünü təqdim etməyən şəxsin hücumuna məruz qalıb. Həmin şəxs müxbirin mobil telefonunu əlindən alaraq ona təzyiq göstərməyə çalışıb. Sayt iddia edirk ki, təzyiq göstərən şəxs polis idarəsinin müstəntiqi olub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda güllə səsləri eşidildi: ölən var (FOTO)

Bakıda güllə səsləri eşidildi: ölən var (FOTO)

Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. BAKU.WS-in aznews.az-a istinadən verdiyi məlumata görə, qara rəng...

3235 Hadisə 10:35 28 avqust 2015

Son xəbərlər