Bakının məşhur otelində ölüm oldu (RƏSMİ, VİDEO)

Bakının məşhur otelində ölüm oldu (RƏSMİ, VİDEO)
Video
Hadisə 4267

  Bakının ən məşhur otellərindən birində ölüm hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, Baku Boulevard hoteldə keçirilən nişan mərasimi zamanı mərasimə qonaq olan Verdiyev Firdovsinin halı pisləşib. Dərhal həkim çağırılıb. Lakin təcili yardım həkimləri gələnə qədər həmin şəxs dünyasını dəyişib.

Bəzi kütləvi informasiya vasitələri yazıblar ki, təcili yardım maşını çağırıldıqdan 40 dəqiqə sonra hadisə yerinə gəlib. Həkimlərin xəstə üstünə gec gəlməsi səbəbindən həmin şəxs dünyasını dəyişib.

Məsələ ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibib Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxladıq. Baş həkim bildirdi ki, əslində həkimlər hadisə yerinə 19 dəqiqəyə çatıblar. Çağırış 22:06-da olub. Təcili yardım briqadası isə 22:25-də hadisə yerinə çatıb. 

"Həkimlər hadisə yerinə qanunla nəzərdə tutulduğu kimi 19 dəqiqəyə çatıblar. Yəni insan ölümü həkimlərin günahı üzündən baş verməyib. Bütün hadisə monitorlar vasitəsilə dəfələrlə izlənilib. Hazırda da bununla bağlı araşdırma aparılır”, - deyə Rauf Nağıyev bildirib.

Ziya Səccad 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər