Rüstəm Sadıqzadənin dünyasını dəyişməsi ilə bağlı rəsmi məlumat yayıldı
FHN Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadənin ölümü ilə bağlı məlumat yayıb.
BAKU. WS-in FHN-ə istinadən verdiyi məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1980-cı il təvəllüdlü Sadıqzadə Rüstəm Davud oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması bildirilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı R.Sadıqzadənin vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 22:53-də başa çatıb.
BAKU.WS
Oxşar xəbərlər
Rüstəm Sadıqzadə dünyasını dəyişdi
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə bu gecə qəfildən vəfat edib. BAKU.WS-in məlumatına görə, Rüstəm...