Bakıda FHN və polisdən gecə əməliyyatı

Bakıda FHN və polisdən gecə əməliyyatı
Hadisə 1350

Bu gün gecə saatlarında Bakıda əməliyyat keçirilib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. Aşkar edilmiş "BK-125” maraklı mərminin hissəsi mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və başqa şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 22:32-də başa çatıb.

BAKU.WS

Oxşar xəbərlər

Göyçayda taksi sürücüsünü öldürüb yol kənarına atdılar

Göyçayda taksi sürücüsünü öldürüb yol kənarına atdılar

Taksi fəaliyyətilə məşğul olan Göyçay rayon sakinini öldürüblər. Göyçay rayon polis şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında...

2417 Hadisə 11:46 14 avqust 2015

Son xəbərlər