Cəsədi tapılmayan gənclə bağlı açıqlama

Cəsədi tapılmayan gənclə bağlı açıqlama
Hadisə 1282

Fövqəladə Hallar Nazirliyi 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun Ceyranbatan su anbarında batması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 30 iyul 2015-ci il tarixində FHN-in "112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən  hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olub Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılıb. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər. Axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək”. Qeyd edək ki, V.Paşayevin ailəsi mətbuata açıqlama verərək Samur-Abşeron su kanalında bataraq itkin düşən oğullarının cəsədinin neçə gündür ki, tapılmamasından şikayət ediblər. Vüqarın atası Paşayev Rövşən isə aidiyyatı qurumları bu məsələdə məsuliyyətli bilərək içməli su kanalının nədən çəpərlənmədiyini, kanalın kənarında heç bir işarə, məlumat, qadağanın olmadığını bildirmiş və oğlunun səhlənkarlığın qurbanı olduğunu qeyd etmişdi. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

İyunda Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-keçid məntəqəsinin rəisi Sənan Şükürov və əməliyyatçısı Cəlaləddin Həsənov həbs olunub. BAKU.WS-in məlumatına...

2942 Hadisə 09:46 05 avqust 2015

Son xəbərlər