Əməkdar artistin qızından ürək dağlayan SÖZLƏR – VİDEO

Əməkdar artistin qızından ürək dağlayan SÖZLƏR – VİDEO
Video
Şou-biznes 3122
ARB TV-nin “Bu qədər” proqramının bu dəfəki buraxılışında Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrının mərhum aktrisası Xanım Qafarovanın həyatından danışılıb.Qızı və ailəsi onun haqqında xatirələrini bölüşüblər:Gövhər Qafarova – Anası: “Bağçaya gedirdim gətirməyə, görürdüm uşaqlar yatıb, Xanımı mətbəxə salıb oxutdururlar. Deyirdilər, bu böyüyəndə müğənni olacaq. Böyüdü İncəsənət Universitetinə qəbul oldu. Mən istəmirdim, amma atası dəstək olurdu. Qardaşından sonra atası dedi, mən uşaqlarıma toy etməyəcəm. Böyük qız evlənmişdi, amma Xanım qaldı. Gec ailə qurdu, bir qızı oldu, elə bil dünyanı verdilər ona. Gövhər mənə deyir, ay nənə, sən ölmə. Birinci, ikinci sinifdə oxuyanda dəftərini açıb anasının şəklinə göstərirdi, “Ana, bax, 5 almışam”. Anası ilə danışırdı. Xalasını qoxlayır, “iyləyim səni, görüm səndən anamın iyi gəlir”. Xanım xəstə olub, qızına mən baxmışam, amma Gövhər yenə də anasını istəyir. Xanım xəstə olduğunu bizə bildirmirdi. Xəstəliyi 6 il çəkdi. Müalicə üçün İsrailə gedəcəkdi, gedə bilmədi”.Rübabə İbrahimova – Bacısı: “Ailədə 5 uşaq idik. O biriləri erkən dünyasını dəyişib. 2 bacı qalmışdıq. Ondan böyük olduğum üçün ona mən baxmışam. Uşaqlıqdan onun istedadı bilinirdi. Bizim genimizdə var. O çox övlad həvəskarı idi. Övladı olanda çox sevinirdi. Ev veriləndən sonra, yuxuma çox şən gəlirdi. Bilirdik ki, övladının evi olduğu üçün sevinir”.Gövhər Gülmalıyeva – Qızı: “Anamı çox az müddət görmüşəm. İşdən gələndə mənə hədiyyələr alardı. O mənimçün çox müqəddəsdir. Anamın öldüyünü başa düşəndə ürəyimdə çox böyük boşluq yarandı. Anamın şəkli ilə söhbət edirəm. Həyatımda baş verənləri ona danışıram. Çox darıxmışam onunçün. Anamın ev arzusu ürəyində qaldı. Nənəmlə xalam evə görə çox müraciət etdilər. İndi anama deyə bilərəm ki, ana, rahat yat, qızın əmin əllərdədir, artıq sənin evin var. Anamın mənə verdiyi gəlinciyi tumarlayıram. İstiyərdim anam da məni tumarlasın. Elə hiss edirəm ki, anam ölməyib. O mənim ürəyimdə yaşayır”.BAKU.WS

Son xəbərlər