"Sənin mamanla o dünyada görüşəcəyəm" - Ürək dağlayan görüntülər (VİDEO)
26
sen
2018
09:51
Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan "BizimləSən" verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyevaya yardım aksiyası davam edir. BAKU.WS-in məlumatına görə, bu dəfə studiyaya mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər gəlib. Gövhəri görən T. Əliyeva göz yaşlarına boğulub:"Bilmirəm, bəlkə də çox az müddət qalıb, sənin mamanla görüşəcəyəm o dünyada. Sənə gəldiyinə görə təşəkkür edirəm, çox sağ ol". Xatırladaq ki, mərhum sənətkar Xanım Qafarova 2014-cü ilin iyulunda xərçəng xəstəliyindən dünyasını dəyişib. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" - Məlahət Zauru tənqid etdi
Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “BizimləSən” proqramını tənqid edib. BAKU.WS-in məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət ç...