"Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" - Məlahət Zauru tənqid etdi
22
sen
2018
12:14
Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “BizimləSən” proqramını tənqid edib. BAKU.WS-in məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışdığını vurğulayıb. O bildirib ki, aktrisanın efirə çıxarılması düzgün deyil:“Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.Qeyd edək ki, "BizimləSən" verilişi yeni mövsümə başladığı gündən əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyevanın evinin kreditini ödəmək üçün yardım aksiyasına başlayıb. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Bugünkü qazandığım ruziyə görə sənə borcluyam" - Canlı efirdə təsirli anlar (VİDEO)
Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan "BizimləSən" verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyeva üçün yardım aksiyası davam edir. BAKU...