"Toppuş bacı"ya ev hədiyyəsi
Ana olmağa hazırlaşan əməkdar artist Tünzalə Əliyeva özünə ilkin ödənişsiz ev alır.
BAKU.WS-in verdiyi məlumata görə,ATV kanalının "Bizimləsən” verlişində qonaq olan aktrisaya ilkin ödənişsiz ev almaq şansı verilib. Teleaparıcı Zaur Baxşəliyev Tünzalə Əliyevanın dilə gətirib deyə bilmədiklərini söyləyib:
"Tikinti şirkəti bu güzəştlə savab qazanmış oldu. Tünzalənin çəkdiyi əziyyəti görmüşəm. O, tək ailəsini deyil, bir nəsli dolandırır. İnşallah körpəsini yeni mənzilində böyüdəcək”.
Göz yaşlarına hakim ola bilməyən Tünzalə körpəsi üçün bu addımı atdığını bildirib:
"Bəlkə də, bir neçə il öncə olsaydı, utancaqlığıma görə, bu mövzuda canlı efirdə danışa bilməzdim. Amma indi elə vəziyyətdəyəm ki, utancaqlığı bir kənara atdım. Əslində, kimdənsə hədiyyə ummuram. Neçə ildir kirayədə yaşayıram. Büdcəm ev almağa və ilkin ödəniş etməyə imkan vermirdi. Gözləməyə də vaxt yoxdu. Nəsib olsa, övladımı öz mənzilimizdə böyütmək istəyirəm”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı teleaparıcı: "Bir dəfə ailə qurub, gəlinlik geyinmişəm" - FOTO
Teleaparıcı Könül Muxtarovanın gəlinlik geyimində olan şəkilləri son günlər gündəm oldu. Bəziləri bunun yalnız fotosessiya olduğunu desələr də, bəziləri aparıcı...