Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur

Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur
Digər 40

Azərbaycanın fərqli dini məzhəblər və Müsəlman icmaları arasında yaratdığı dinc birgəyaşayış və həmrəylik modeli beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, vurğulayıb ki, Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Təyyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasının Bəhreyn Forumunda Azərbaycanın məzhəblərarası anlaşma modeli örnək kimi qəbul edilib.

Qeyd olunub ki, ölkəmizdəki bu tolerantlıq və mənəvi mühit hazırda beynəlxalq müstəvidə nümunəvi model kimi təşviq və tətbiq edilməkdədir.

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər