"Bugünkü qazandığım ruziyə görə sənə borcluyam" - Canlı efirdə təsirli anlar (VİDEO)
22
sen
2018
10:09
Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan "BizimləSən" verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyeva üçün yardım aksiyası davam edir. BAKU.WS xəbər verir ki, bu dəfə Tünzalə Əliyevaya dəstək olmaq üçün rəqqasə Fatimə Fətəliyeva gəlib. Rəqqasə canlı efirdə etiraf edib ki, bir neçə il əvvəl T. Əliyeva ona dəstək olub:"Mən bu gün doğrudan da özümə borc bildim, burada olmalıydım. Olmasaydım, ömrümün sonunadək özümü heç vaxt bağışlamazdım. Sən tək mənə yox, çox insanlara əl tutmusan. Tünzalə, bugünkü qazandığım ruziyə görə sənə borcluyam". Xatırladaq ki, T. Əliyevaya bu günə qədər bir çox sənət adamları dəstək olub. Onların arasında müğənnilər Xatirə İslam, Roza Zərgərli, Sevda Əliqızı, Bahar Lətifqızı, aktrisalar Ülviyyə Əliyeva, Dilarə Əliyeva və başqalarının adlarını qeyd etmək olar. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Rəşid Behbudovun qızı Mehriban Əliyevaya müraciət etdi - Tünzalə üçün (FOTO)
Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva artıq əmək qabiliyyətini itirib.BAKU.WS-in məlumatına görə, müğənni Rəş...