"Artıq evdəyəm"- Tünzalə Əliyeva xəstəxanadan çıxdı - FOTO
07
avq
2018
16:37
Əməkdar artist Tünzalə Əliyeva "Instagram"dakı paylaşımı ilə izləyicilərini sevindirib. BAKU.WS xəbər verir ki, aktrisa həyat yoldaşı Röyalla şəkil paylaşaraq, bu sözləri yazıb:"Allaha şükür olsun, mən artıq evdəyəm! Mən xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar mənim ziyarətimə gəldi. Allah hər birinizdən razı olsun! Bəli, mən artıq evdəyəm. İnşallah yaxın günlərdə yenə işimin başında olacağam. Yenə də gözəllərimin xınasını yaxacağam. Var olun". Qeyd edək ki, Tünzalə Əliyeva bir müddət idi ki, Milli Onkologiya Mərkəzində müalicə alırdı. BAKU.WS
Oxşar xəbərlər
Qənirə Paşayeva da "Toppuş bacı"nı ziyarət etdi - FOTO
Milli Onkologiya Mərkəzində müalicə alan əməkdar artist Tünzalə Əliyevanı ziyarət edənlərin ardı-arası kəsilmir. BAKU.WS xəbər verir ki, "Toppuş bacı"ya bu dəfə...