Xərçəng xəstəliyinə tutulan Tünzalə son vəziyyətindən danışdı (VİDEO)
01
avq
2018
16:37
Xərçəng xəstəliyinə tutulan əməkdar artist Tünzalə Əliyeva son vəziyyəti ilə bağlı danışıb. BAKU.WS-in məlumatına görə, tanınmış aktrisa CVN TV-yə danışıb və əməliyyatdan yenicə çıxdığını bildirib. "Şükür Allaha ki yaxşıyam. Palataya indi gətirildim və həkim də əməliyyatdadı. Burada mənə yaxşı baxırlar, hər şey əladı. Mən qanaxma ilə getdim. Elə bildim ki, uşağım olub inkişafdan qalıb, düşüb. Həkim mənə dedi ki, sənin qanında problem var. Qanımı Gömrük xəstəxanasına aparıb əkdirdim və xərçəng olduğunu dedilər. Qənirə xanımla danışdım. O da məni Cəmil müəllimə tapşırdı. Milli Ankologiya Mərkəzində Şəmistan həkim məni əməliyyat etdi. 15 gündən sonra artıq biləcəyik ki, müalicənin köməyi olacaqmı və olarsa hansı dərəcədə olacaq. Həkim dedi ki, əsas odur metastaz verməyib".SüdabəBAKU.WS
Oxşar xəbərlər
"Allah səni bir balana bağışlasın" - Zaur xərçəngə tutulan "Toppuş bacı"dan yazdı - FOTO
Xəbər verdiyimiz kimi, əməkdar artist, aparıcı Tünzalə Əliyeva xərçəng xəstəliyinə tutulub. BAKU.WS-in məlumatına görə, əməkdar mədəniyyət işçisi, aparıcı Zaur...