“Toppuş bacı" xərçəngə yoluxdu
31
iyl
2018
23:01
Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə yoluxub.Bu barədə "Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında yazaraq məlumat verib."Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən...Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da... Amma burda bir dərman da var: İnam!İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona "Allah şəfa versin” deyib, ən xoş arzularımı diləyirəm. Məgər məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi?! Gəlin hamılıqla ağır xərçəng xəstəliyinə düçar olan, yataqda şəfa inamı ilə yaşayan, cəmi 45 yaşı (15.02.1973) olan gözəl insan, "Toppuş bacı” obrazını canlandıran təkrar olunmaz aktrisa, Azərbaycanın əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək edək”, - deyə aparıcı qeyd edib.BAKU.WS
Oxşar xəbərlər
Hacı Nuran: Özümə gələ bilmirəm - VİDEO.FOTO
Ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist Həsənağa Sadıqovun vəziyyətinin getdikdə pisləşir.BAKU.WS xəbər verir ki, Salyanda yaşayan sənətkarı ziyarət edən...