“Toppuş bacı” :“Ərim hər işimə qarışır, əcəb edir...”
Əməkdar artist Tünzalə Əliyeva ( "Toppuş bacı” ) şəxsi həyatından danışıb.
BAKU.WS xəbər verir ki, "APA TV”də "Show time” verilişinə qonaq olan aktrisa həyat yoldaşının ona qoyduğu qadağalara uyğunlaşdığını deyib:
"Yoldaşım hər işimə qarışır. Əcəb edir. Bizim evdə ilk və son sözü kişi deyir. Mən öz evimizdə belə görmüşəm. Atam söz deyib, anam da deyib ki, baş üstə. Aktrisalar arasında mənim yaşımda, ağlımda ev qadını yoxdur. Varsa da, Allah canlarını sağ eləsin. Mən səhər saat 6-dan gecə 1-ə qədər həyat yoldaşıma "Nə istəyirsən?” sualını verib, yatıram. Yəni onun qulluğunda dururam. Yəni gecənin bir aləmi o məni yuxudan oyadıb, desə ki, su istəyirəm, mən onu bu sözünə ərinməyəm. Özümü elə də tərifləmirəm. Mənim də kaprizlərim var. Həyat yoldaşım maşında telefon oynatmağa icazə vermir. Yəni yolda onun yanında telefonu oynatmıram. Nəinki mən bacılarım, qardaşım qızları, ümumiyyətlə qadın xeylaqları bizim maşına mindisə, maşında telefonla oynaya bilməz. Çünki yoldaşımın xasiyyətinə bələddilər. Bizim ailədə qanun budur. Hər efirə gələndə də geyinirəm, "hə” deyir, daha sonra evdən çıxırıq. Onun sözü mənə qanundur”.
Xatırladaq ki, T.Əliyeva 2013-ci ildən Röyal adlı bəylə ailəlidir. Cütlüyün bir 2016-cı ildə qızı olub.
BAKU.WS
Oxşar xəbərlər
“Allah rizası üçün kiməsə ərə getməliyəm də…” - Əməkdar artist
Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşının ünvanına təriflər yağdırıb. BAKU.WS xəbər verir ki, "APA TV”-nin "Show time” verilişinə qonaq olan xanəndə...