"Xəyanət etsə, ərimi öldürərəm!"

Xəyanət etsə, ərimi öldürərəm!
Şou-biznes 2272

 

Əməkdar artist Naibə Allahverdiyeva şəxsi həyatından danışıb. 

Axşam.az-a bildirir ki, aktrisa "Lider maqazinə" açıqlamasında həyat yoldaşı ilə tanış olmasından bəhs edib:

"O insan həyatıma gələndən sonra günlərim mənalaşıb. Heç bir qadın və kişi tək qala bilməz. Pis iş görməmişəm ki, ailə həyatı qurmuşam. Bir dəfə xınayaxdı mərasiminə getmişdim, bu da orada çalışırdı. Qonaqlara yemək gətirirdilər. Heç mənə baxmırdı, bu da diqqətimi çəkdi. Nömrəmi istədi ki, xınayaxdımız olanda sizi çağıracam. Bir müddət sonra özüm ona zəng vurdum ki, xınayaxdınız yoxdur? Dedi, olanda mütləq sizi çağıracam. Sonra soruşdum ki, niyə evlənmirsiniz? Qayıtdı ki, kimdir mənə gələn. Cavab verdim ki, mən. Evlilik təklifini mənə yolda etdi. Dedi ki, istəyirəm həyat yoldaşım olasan, səni çox sevirəm. 

Əgər həyat yoldaşım gedib başqa qadınla görüşəcəksə, mənə lazım deyil. Xəyanət etsə, onu da öldürərəm, özümü də". 

BAKU.WS

Son xəbərlər