Elnarə Abdullayeva:"Həyat yoldaşımı gizlətmirdim" (FOTO)

Elnarə Abdullayeva:Həyat yoldaşımı gizlətmirdim (FOTO)
Şou-biznes 5077

 

Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxan bəyin fotolarının yayılmasından bəhs edib. 

BAKU.WS Axşam.az-ın məlumatına görə, muğam ifaçısı "Hər şey daxil” verilişində aparıcıların "Niyə bu günə kimi həyat yoldaşınızı gizlədirdiniz? Hamı fikirləşirdi ki, görəsən Elnarə xanımın həyat yoldaşı necə adamdır? Amma yaxşı baxırsınız” sözlərinə belə cavab verib:

"Mən heç elə-belə kişi saxlayaram? Qadın birinci kişini yaxşı saxlamalıdır, ona baxmalıdır, sonra özünə. 

Bir nəfər mənə zəng edib ki, bu günə kimi niyə gizlədirdin? Mən onu gizlətmirdim. Uyğun yerlərə birlikdə gedirik. İftara dəvət olunmuşduq, bir getdik, şəkillərimizi çəkib sayta verdilər. 

İnsanın qüruru varsa, ruhun rahatdırsa, yanında kim olursa olsun, hər yerdə kef edəcəksən.

Bizim aramızda qısqanclıq yoxdur. Hələ o fotoda saçlarını pis etdirib. Demişdim ki, saçını elə kəsdirmə. Yaxşı kəsdirəndə, yenə fotosunu çəkərlər”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər