Əməkdar artist eks və indiki həyat yoldaşının əhatəsində (VİDEO)
Əməkdar artist Rəhman Rəhmanov ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin qonağı olub.
BAKU.WS məlumat verir ki, aktyor verilişdə iki dəfə ailə qurduğunu və hər iki xanımı ilə münasibətinin yaxşı olduğunu deyib. Verilişdə aktyorun evindən hazırlanan sujetdə hər iki xanımı danışıb. Onlar münasibətlərinin yaxşı olduğunu bildiriblər:
"Əvvəldən bir-birimizlə münasibətimiz çox yaxşıdır. 20 il onunla ailəli olub, 22 ildir mənimlə ailə qurub. Əvvəldən bir-birimizi yaxşı tanımışıq, indiyə kimi də mehribanıq. Mən əməliyyat olunanda Ulduz zəng etdi ki, gəlim qalım səninlə. Dedim, narahat olma, gəlinlərimiz gəlib gedir”,- deyə əməkdar artistin ikinci həyat yoldaşı Gülüş xanım söyləyib.
Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanım ayrılanda bir-birlərini başa düşdüklərini, münasibəti pozmadıqlarını bildirib:
"Biz ailə quranda çox cavan idik. İkimizin də 17 yaşı var idi. İnsan yaşa dolduqca həyata baxışı, fikirləri dəyişir. Ola bilər ki, o vaxt uşaq məhəbbəti ilə sevmişik bir-birimizi. Vaxt keçdikcə, yaşa dolduqca görüb ki, yox, əslində başqa cürdür. Biz bir-birimizi başa düşmüşük, sakit şəkildə ayrılmışıq. İkinci xanımını qəbul etmək mənə çətin olmadı. Ayrılmaq o demək deyil ki, Rəhman müəllim getdi vəssalam, hər şey qurtardı. Yox, onun burada dörd balası var. Onun övladlarının arxasında durmasından ötrü mən bu mehribançılığı yaratmalı idim. Burada söhbət kişini paylaşmaqdan getmir. Gələcəkdə uşaqların həyatını fikirləşmək lazım idi. Həmişə bizə qəribə baxıblar ki, bu necə olan işdir. Burada Rəhman müəllimlik heç nə yoxdur. O, kişidir. Gülüş ilə biz bir-birimizi başa düşüb, güzəştə getmişik".
BAKU.WS
Oxşar xəbərlər
Cabir İmanov həyat yoldaşı ilə birlikdə qala gecəsində (VİDEO)
Əməkdar artist Cabir İmanov həyat yoldaşı ilə toydan sonra ilk dəfə görünüb. BAKU.WS məlumat verir ki, aktyor həyat yoldaşı Zara İmanova ilə birlikdə ötən hə...