Mətanət İsgəndərlinin evindən reportaj (FOTO)

Mətanət İsgəndərlinin evindən reportaj (FOTO)
Şou-biznes 2969

 

Əməkdar artist Mətanət İsgəndərli illərdir zəhməti hesabına qurub yaratdığı evinin qapısını "Evdəkilərə salam" verilişinin heyətinin üzünə açıb. 

BAKU.WS gecce.az-a istinadən xəbər verir ki, Mətanət xanım bir çox etirafları ilə verilişə rəng qatıb. Mətbəxə keçib yemək bişirən əməkdar artist bunları deyib: "Neçə ildən sonra bu, bişirdiyim ilk yeməkdir. Sonuncu bişirdiyim toyuq yeməyi olub".

İki aylıq nəvəsi ilə kamera önünə keçən M.İsgəndərli onu ilk dəfə ictimaiyyət üçün bu verilişdən göstərib. Ən böyük hədiyyəsinin isə adını ona verməyi olduğunu bildirib. Öz balacalığından söz salan Mətanət İsgəndərli dünyaya gələndə atasının 18, anasının 15 yaşı olduğunu bildirdi. Gəlinini övladlarından ayırmayan Mətanət xanım ona ana sevgisi göstərir. 

Veriliş Sevgililər gününə təsadüf etdiyindən əməkdar artist sevgi etirafı edib. Sevgisiz həyatı təsəvvür etməyən Mətanət xanım sevib-sevildiyini bildirib. 

BAKU.WS

Son xəbərlər